Xəbər lenti

İlham Əliyevdən 5 milyonluq SƏRƏNCAM
Siyasət 18:47 18.04.2013

İlham Əliyevdən 5 milyonluq SƏRƏNCAM

Prezident İlham Əliyev Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər haqqında sərəncam imzalayıb.

Qaynar.info xəbər verir ki, sərəncamda bildirilir ki, son 20 ildə əhalisinin 20 faizə qədər artaraq yüz min nəfərə çatması, 21 min nəfər məcburi köçkünün məskunlaşması Mingəçevir şəhərinin əsaslı şəkildə inkişaf etdirilməsini, əhalinin məşğulluq probleminin həlli məqsədi ilə sənaye potensialının genişləndirilməsini, xüsusilə də yeni müəssisələrdən ibarət iri texnoparkların yaradılmasını zəruri edib. Eyni zamanda, əhaliyə göstərilən sosial xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün müvafiq infrastruktur layihələrinin həyata keçirilməsi, o cümlədən Olimpiya idman kompleksinin tikilməsi, mərkəzi xəstəxananın əsaslı təmiri, 13 məktəb binasının inşası və ya yenidən qurulması, qazlaşdırma işlərinin başa çatdırılması, su-kanalizasiya sistemlərinin tikintisinin sürətləndirilməsi, çoxmənzilli yaşayış binalarında təmir-bərpa işlərinin aparılması, lift təsərrüfatının və istilik sisteminin əsaslı şəkildə yenidən qurulması tələb olunur. 

Bu məqsədlə də Mingəçevir Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 5,0 (beş) milyon manat ayrılması nəzərdə tutulur. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->