Azərbaycanı noyabrın 12-də Honq-Konqda keçiriləcək “Miss Model of the World 2014” yarışmasında 20 yaşlı Kamilla Ələkbərova təmsil edəcək.
Axşam.az-ın məlumatına görə, bu haqda müsabiqənin ölkəmiz üzrə təşkilatçısı Aqil Məmiyev danışıb: “Modelimiz noyabrın 11-də Honq-Konqa yola düşəcək. Bu yarışmada dünyanın 100-ə yaxın ölkəsindən iştirakçılar olacaq".
Qeyd edək ki, “Miss Model of the World” müsabiqəsi 1988-ci ildən hər il dünyanın nüfuzlu ölkələrində keçirilir. Yarışmanın beynəlxalq direktoru “World Beauty Congrens”in prezdenti Zamir Hüseynovdur.
Qaynar.info
Şərhlər