Bu gün Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə, Salyan rayonunun Boranıkənd, Dayıkənd, Seyidlər, Şorsulu kəndlərinə, həmçinin Daşkəsən və Ağstafa rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün saat 18:00-dək «Daşkəsən» Avtomatik Qazpaylayıcı Stansiyasından qidalanan «Daşkəsən» ölçü qovşağında, saat 18:00-dək «Ağstafa» Avtomatik Qazpaylayıcı Stansiyasında, 500 mm-lik magistral qaz kəmərindən qidalanan «Bakıxanov» əhali orta təzyiqli qaz kəmərində, saat 16:00-dək isə «Şorsulu» Avtomatik Qazpaylayıcı Stansiyasından Salyan rayonunun kəndlərinə gedən 219 mm-lik orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı məhdudlaşdırılacaq.
Qaynar.info
Şərhlər