ABŞ Xəstliklərə Nəzarət və Qarşısını Alma Mərkəzinin direktoru Brenda Fitzgerald istefa verib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, addıma səbəb Fitzgeraldın ötən ilin iyul-sentyabr aylarında tütün, dərman, səhiyyə sığortası və qida şirkətlərində böyük dəyərdə hissə alması barədə iddia olub. Xəbərdə bildirilir ki, direktor tütünün insan sağlamlığına zərərini araşdıran laboratoriyanı ziyarətdən 1 gün əvvəl Yapon Tobacco firmasından hissə alıb.
İxtisasca ginekoloq olan Brenda Fitzgerald bu vəzifəyə Donald Tramp tərəfindən təyin edilmişdi.
Gülşən
Şərhlər