Xəbər lenti

Səudiyyə Ərəbistanında qadınlara bu işdə çalışmağa icazə verildi
Dünya 20:09 02.02.2018

Səudiyyə Ərəbistanında qadınlara bu işdə çalışmağa icazə verildi

Səudiyyə Ərəbistanında qadınların gömrükdə işləməsinə icazə veriləcək.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Pasport Yoxlama Agentliyi havalimanı və sərhəd bölgəsində işləmək üçün qadınlara 140 vakansiya yeri açıb. Lakin müraciət üçün 107 min qadın müraciət edib. Elan isə 600 min nəfər tərəfindən görülüb. Vakansiyaya müraciət etmək üçün qadınlar orta təhsilli və 25-35 yaş aralığında olmalıdır. 

Qeyd edək ki, Səudiyyə vəliəhdi Məhəmməd İbin Salman 2030-cu il üçün ciddi dəyişikliklərə hazırlaşır. Son dövrlərdə qadınlara stadionlara giriş və avtomobildən istifadəyə icazə verilib. 1980-ci ildən sonra ilk dəfə kinoteatrlar açılıb. 
 
Ölkədə "Mülayim İslam" qaydalarının tətbiqinə başlayan Səudiyyə 500 milyard dollar xərcləyərək nəhəng texnologiya şəhəri inşa etməyə hazırlaşır. 26 min 500 kvadrat km ərazini əhatə edən şəhər Misir və İordaniyaya qədər uzanacaq. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->