Ermənistanın Ararat vilayətinin Lancanist (Qədirli) kəndi ərazisində bu ölkənin Müdafiə Nazirliyinə (MN) məxsus "Ural" markalı avtomobil aşıb.
Qaynarinfo Ordu.az-a istinadən xəbər verir ki, qəza nəticəsində 5 erməni hərbi qulluqçu yaralanıb.
Ermənistan MN-nin mətbuat katibi Artsrun Hovhannisyan faktı təsdiqləyib. Məlumata görə, yaralılar mərkəzi klinik hərbi hospitala yerləşdirilib.
Şərhlər