Xəbər lenti

Sosial ipoteka kreditlərinin faizləri azaldılacaq? - Rəsmi açıqlama
Ekonomiks15:09 26.09.2024

Sosial ipoteka kreditlərinin faizləri azaldılacaq? - Rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial ipoteka məsələsində ən çox gözlənilən yenilik bankların faizlərinin aşağı salmasıdır.
Bunu gənclər və idman nazirinin müavini Fərhad Hacıyev "Ailə - dəyişməyən dəyərimiz” mövzusunda keçirilən Gənc Ailə Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu, birbaşa banklarla bağlı məsələdir. Gərək onlar da tərəfdaş olaraq bu məsələdə maraqlı olsunlar:
"Sosial ipoteka ilə bağlı məsələni 2007-ci ildə nazirlik olaraq gündəmə gətirdik. Dərhal qurumlar dəstək verdi. Xüsusi olaraq qanun layihəsi qəbul olundu. Ailələr üçün güzəştli kredit şərtlərinin daha yumşaq olmasına çalışmalıyıq".//Musavat.com