Xəbər lenti

Yaxın Şərqdə yeni müharibə başlayır? - Politoloq
Dünya 21:20 26.09.2024

Yaxın Şərqdə yeni müharibə başlayır? - Politoloq

"Yüksək rütbəli İsrail hərbçilərinin ordunun Livanda "Hizbullah”a qarşı qurudan hücuma hazırlaşdıqlarını bəyan etmələrinə rəğmən, bunun baş verəcəyini gözləmirəm".

Qaynarinfo-ya açıqlamasında bunu politoloq Əlimusa İbrahimov İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevinin qurudan hücumu simulyasiya edən təlim zamanı 7-ci Zirehli Briqadanın əsgərlərilə görüşdə səsləndirdiyi fikrini şərh edərkən deyib. 

Əlimusa İbrahimov bildirib ki, İsrail ordusunun Baş Qərargah rəisi sadəcə olaraq "Hizbullah"a qarşı qurudan hücuma hazırlaşdıqlarını bildirib: 

"Hazırlıqdan onu başlamağa qədər isə böyük yol var. Hazırlaşdıqlarını deməklə, Tel-Əviv bunun müqabilində yəqin ki, qarşı tərəfdən müəyyən güzəştlərə nail olmağa çalışır. Bu açıqlama həmçinin, İsrailin ABŞ tərəfindən müəyyən zəmanətlər almağa hesablanmış bəyanatı da ola bilər.



Bu baş verərsə, İran da cavabsız qalmayacaq. İran da xəbərdarlıq edərək bildirib ki, İsrailin Livana hucumu fonunda onlar da hücuma keçəcəklər. Tehranın bu xəbərdarlığından sonra İsrailin Livanda quru əməliyyatlarına başlaması o demək olacaq ki, Tel-Əvivlə İranın birbaşa toqquşması baş verəcək. Yəni İsrailin Livana hücumu birbaşa İrana qarşı hücum kimi dəyərləndiriləcək. Düşünürəm ki, bu müstəvidə ABŞ da İsrailə Livanda müharibəyə başlamamaq barədə ciddi xəbərdarlıq edəcək. Bu qədər təzyiqin qarşısında İsrail cürət edib, Livana quru əməliyyatlarına başlamayacaq".

Qeyd edək ki, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi deyib: "Yuxarıda təyyarələrin səsini eşidirsiniz, biz bütün günü hücum edirik. Həm ərazini sizin daxil olma ehtimalınız üçün hazırlamaq, həm də "Hizbullah”a zərbələr endirməyə davam etmək üçün”.

"Hizbullah” bu gün çox güclü cavab alacaq. Bu gün də davam edəcəyik, dayanmırıq və hər yerdə onlara zərbələr endirməyə davam edirik. Məqsəd çox aydındır: şimalın köçkün sakinlərini sağ-salamat geri qaytarmaq. Bunun üçün biz qurudan manevr hazırlayırıq”, deyə general əlavə edib.

Anoloji açıqlama ilə İsrail Müdafiə Qüvvələrinin (İDF) Şimal Komandanlığının rəisi general-mayor Ori Qordin də çıxış edib: "Ordu Livanda "Hizbullah”a qarşı qurudan hücuma "güclü şəkildə hazır olmalıdır. Biz təhlükəsizlik vəziyyətini dəyişməliyik. Biz Livana qurudan manevrlə daxil olmaq üçün çox güclü şəkildə hazır olmalıyıq”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->