"Uşaqpulu sovet dövründə ailələrdə uşaqların sayının çox olması üçün bir stimul idi. Azərbaycanda hazırda belə problem yoxdur. Demoqrafiya baxımdan bu, əlverişli üsul deyil. Dövlətin bununla bağlı digər işlək mexanizmləri mövcuddur”.
Bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Hidayət Abdullayev "Ailə - dəyişməyən dəyərimiz” mövzusunda "Gənc Ailə Forumu”nda çıxışı zamanı bildirib.
O, dövlətin bu sahədə digər dəstək mexanizmlərinin işlək vəziyyətdə olduğunu qeyd edib:
"Vətəndaşların ünvanlı sosial yardıma çıxışı mütəmadi olaraq təmin edilir. Bir yaşına qədər uşaqları olan ailələr digər müavinətlərlə təmin olunur. Eyni zamanda, müddətli həqiqi hərbi xidmətdə olanların uşaqları dövlət nəzarətindədir".
Nazir müavini vətəndaşların dəstək mexanizmlərinə çıxışının asanlaşdırılması istiqamətində müvafiq işlərin aparıldığını qeyd edib.//Bizim.Media
Şərhlər