Xəbər lenti

Prezident Adminstrasiyasının sabiq sekor müdiri Agentlik sədri oldu
Ekonomiks12:09 26.09.2024

Prezident Adminstrasiyasının sabiq sekor müdiri Agentlik sədri oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edilib.
"Report"un əldə etdiyi məlumata görə, bu, Yalçın Camalovdur. O, bu vəzifədə Seymur Mövlayevi əvəz edib.
Y. Camalov bundan əvvəl Prezident Adminstrasiyasının Dövlət Nəzarəti Məsələləri şöbəsinin monitorinq və təhlil sektorunun müdiri, o vaxtkı Əmlak Məsələləri Dövlət Komitəsinin İnvestisiyaların cəlb edilməsi departamentinin direktoru, bir sıra özəl şirkətlərdə rəhbər vəzifələrdə işləyib.