Azərbaycanlı FIFA referisi Əliyar Ağayev daha bir avrokubok qarşılaşmasına təyinat alıb.
Qaynarinfo xəbər verir ki, həmyerlimiz Çempionlar Liqasında iş başında olacaq.
Ağayev III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 7-də Avstriyada keçiriləcək matçda baş hakim olacaq. O, "Zaltsburq” klubu ilə ikinci təsnifat mərhələsinin "Şkendiya” (Mekdoniya) – "Şerif” (Moldova) cütünün qalibi arasında keçiriləcək qarşılaşmada fit çalacaq
Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Şərhlər