Məşhur türkiyəli aktyor Yaqub Yavru dünyasını dəyişib.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, 66 yaşlı aktyor Beynəlxalq Adana Film Festivalının açılış mərasiminə və "Yaşam Boyu Başarı ve Onur Ödülleri" mərasiminə qatılıb. Tədbirlərdən sonra dincəlmək üçün otelə qayıdan aktyorun vəziyyəti gecə saatlarında pisləşib. Yaqub Yavru xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Ölüm səbəbi kimi infarkt göstərilir.
Qeyd edək ki, aktyor "Babam ve Oğlum", "Kutsal Damacana", "Recep İvedik", "Destere", "Ceberrut", "Baş Belası", "Benzersiz", "Aşka Geldik", "Kiraz Mevsimi" və "Sağ Salim" kimi film və seriallarda rol alıb.
Gülşən
Şərhlər