Gələn ildən etibarən hər ay Bakıya yeni avtobuslar gətiriləcək.
Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
V.Kərimli qeyd edib ki, yeni gətiriləcək avtobuslardan 280-i 12 metr, 20 ədədi isə 18 metr uzunluğundadır.
Agentlik rəhbəri bildirib ki, 18 metrlik avtobuslar paytaxtın uzun və geniş prospektlərində istifadə olunacaq.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər