Xəbər lenti

Foto 16:16 19.01.2019

Bakıda sərnişin avtobusu qəza törətdi (FOTOLAR)

Bakıda eyni küçədə iki yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisə Nobel prospektində, "AMAY" Ticarət Mərkəzinin qarşısında baş verib.

İlk qəza zamanı "Bakubus" MMC-yə məxsus 99-JH-251 dövlət nömrə nişanlı sərnişin avtobusu minik avtomobili ilə toqquşub. Qəza nəticəsində həm minik avtomobilinə, həm də sərnişin avtobusuna maddi ziyan dəyib.

Bu hadisədən bir qədər sonra həmin ərazidə  01-BP-868 dövlət nömrə nişanlı texniki xidməti avtomobili də səkiyə çırpılıb. Nəticədə avtomobilin təkəri partlayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?