Xəbər lenti

İŞİD döyüşəcəyi yeni ölkələri açıqladı
Dünya 17:45 29.01.2019

İŞİD döyüşəcəyi yeni ölkələri açıqladı

İŞİD terror təşkilatı 14 dəqiqəlik yeni propaqanda videosunu yayımlayıb.

Qaynarinfo xəbər verir ki, Suriya və İraqda mövqelərini itirən təşkilat Afrika ölkələri Somali və Malidə güclənməyə davam edir. Terror qrupu fəaliyyətini Əl Şəbab və Camaat Nəsr Əl İslam vəl Müslimin təşkilatlarını maliyyələşdirməklə gücləndirməyə çalışır.

Camaat Nəsr Əl İslam vəl Müslimin Əl Qaidə terror təşkilatının Mali və Qərbi Afrika şöbəsi hesab edilir. İŞİD-in videosunda isə Əl İslamın İŞİD-ə bağlı olduğu bildirilir. Təşkilat üzvləri isə bu iddianı rədd edir.

Hərəkat Əl Şəbab Əl Mücahidin 2006-cı ildən bəri Somalidə mövcuddur. 2008-ci ildə xalqla təmasa başlayan Əl Şəbab nümayişlər keçirmək, ehtiyacı olanlara köməkliklər etməklə ölkədə müəyyən tərəfdar qrupu toplaya bilib. İŞİD 2018-ci ildən bəri təşkilata maddi yardım göstərir. Lakin bu qrup daxilində İŞİD hakimiyyətini qəbul etməyən və mübarizə aparan qüvvələr mövcuddur. Ötən günlərdə Əl Şəbab sözmüsü Əli Mahmud Raci bildirib ki, ölkədəki İŞİD qüvvələrini məhv etmək üçün təşkilat üzvlərinə göstəriş verilib. Hələ 2015-ci ildən İŞİD Əl Şəbaba təklif irəli sürmüş, rədd cavabı almışdı. Təşkilat daxilindəki İŞİD casuslarının edamı faktlar arasındadır. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->