Xəbər lenti

Ölkə 17:51 24.05.2019

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günləri üçün hava proqnozunu açıqlayıb.
 
ETSN-dən Qaynarinfo-ya verilən məlumata görə, Böyük və Kiçik Qafqazda istirahət günlərində gündüz saatlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda  25-30,  dağlıq rayonlarda  17-22 dərəcə isti təşkil edəcək.
 
Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin mayın 26-da  axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq.Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.
 
Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.
 
Naxçıvan MR-da  hava əsasən yağmursuz olacaq, lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək. 
 
ETSN paytaxt qonaqlarının nəzərinə çatdırır ki, havanın dəyişkən buludlu və yağmursuz olacağı gözlənilir. Mülayim cənub küləyi mayın 26-da arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?