Xəbər lenti

Yəmən: Planetin daha bir cəhənnəmi - BMT
Dünya 16:40 11.09.2019

Yəmən: Planetin daha bir cəhənnəmi - BMT

BMT İnsan Haqları komissarı Mişel Baçelet Yəməndə öldürülən mülki vətəndaşlardan danışıb.

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə 2015-ci ilin mart ayından bu günə qədər 7508 dinc əhali qarşıdurmaların qurbanına çevrilib. Onlardan 1997-si azyaşlıdır. 

Vətəndaş müharibəsinin tərəfləri humanitar yardıma mane olur, jurnalist və digər şəxslərə işlərinin icrasına imkan vermir. 

Qeyd edək ki, Yəməndə Husi qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin dəstək verdiyi hökumət qüvvələri arasında davam edən müharibə 50 mindən çox insanın ölümünə səbəb olub. Son olaraq Dhamar şəhərində məktəbə təşkil edilən hücumda 109 nəfər həlak olub. Müharibə ölkədə qida və dərman qıtlığına, epidemiyaların yayılmasına səbəb olub.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->