BMT İnsan Haqları Şurasının üzvü olan bəzi ölkələr Səudiyyə Ərəbistanını qınayıb.
Qaynarinfo xəbər verir ki, qınama qərarına səbəb jurnalist Camal Qaşıqçının qətli və insan haqlarının pozulması ilə bağlı digər faktlardır.
Qeyd edək ki, jurnalist Camal Qaşıqçı ötən il 2 oktyabrda Səudiyyənin İstanbulda yerləşən konsulluğuna daxil olandan sonra itkin düşüb. Daha sonra Səudiyyə Ərəbistanı hökuməti barədə tənqidi yazılarıyla tanınan jurnalistin amansızlıqla qətl edildiyi müəyyənləşib.
Gülşən
Şərhlər