Azərbaycan nefti bahalaşır

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 5-də 68,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,79 dollar/barel çoxdur.

Qaynarinfo xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,83 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,66 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 66,11 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,7 dollar/barel çoxdur.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR