Xəbər lenti

Mərkəzi Bank
Ekonomiks 12:09 18.07.2025

Mərkəzi Bank "E-manat"ın lisenziyasının qüvvəsini məhdudlaşdırdı

Azərbaycan Mərkəzi Bankı (AMB) "E-manat" əmtəə nişanının sahibi "Modenis” MMC-yə verdiyi 18 sentyabr 2024-cü il tarixli lisenziyanın qüvvəsini məhdudlaşdırıb.

Qaynarinfo bu barədə AMB-yə istinadən xəbər verir.

Qurum xatırladıb ki, lisenziya "ödəniş əməliyyatının ekvarinqi” və "elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” fəaliyyəti üçün verilib.

Təşkilatın müraciətinə əsasən, onun lisenziyasında "elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidməti ləğv edilib. "Modenis" fəaliyyətini ödəniş təşkilatı olaraq davam etdirəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->