Xəbər lenti

2020-ci ildə Azərbaycanın dövlət büdcəsi - 27 milyard manat
Ekonomiks 16:52 18.10.2019

2020-ci ildə Azərbaycanın dövlət büdcəsi - 27 milyard manat

2020-ci ilin dövlət büdcəsindən elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri üçün 8402,3 milyon vəsait nəzərdə tutulub ki, bu da 2019-cu illə müqayisədə 2127,6 milyon manat və ya 33,9 faiz çoxdur.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2020-ci ilin dövlət va icmal büdcələri üzrə sənəd layihəsində əksini tapıb.

Qeyd olunub ki, hamin sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 31,2 faiz, ÜDM-ə nisbətən 10,1 faiz təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə müvafiq olaraq 6,3 faiz-bənd və 2,2 faiz-bənd çoxdur.

2020-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri üzrə məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 1929,2 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2019-cu illə müqayisədə 911,6 milyon manat və ya 1,9 dəfə çoxdur.

2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat məbləğində proqnozlaşdırılır. Sənədlərə əsasən, bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 4,2% çoxdur. Gələn il büdcə xərcləri isə 26 913,7 milyon manat məbləğində nəzərdə tutulub. Bu isə bu ilin proqnozuna nisbətən 6,8% çoxdur. Beləliklə, büdcə kəsri 2 779,2 milyon manat məbləğində gözlənilir ki, illik müqayisədə 37,4% azdır. 

İcmal büdcəsinin gəlirləri 27 533,1 milyon manat, xərcləri isə 29 488,3 milyon manat məbləğində proqnozlaşdırılır. Sənədlərə əsasən, icmal büdcəsinin kəsiri 1 955,1 milyon manat təşkil etməlidir ki, bu da gələn il ölkədə gözlənilən ümumi daxili məhsulun (ÜDM) dəyərinin 2,3%-i qədərdir. 

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il üçün büdcəsinin gəlirləri 12 384,1 mln. manat nəzərdə tutulur.

ARDNF-nin 2020-ci il üçün büdcəsinin xərcləri 11,560 mlrd. manat təşkil edəcək. Bu da 2019-cu illə müqayisədə 4,3 mln. manat azdır.

Sənəddə qeyd edilib ki, ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı həddi 11,350 mlrd. manat səviyyəsində nəzərdə tutulur ki, bu da 2019-cu illə müqayisədə 14,3 mln. manat və ya 0,1% azdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->