Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni hərbçi ölüb.
Qaynarinfo tert.am portalına istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Asryan Aik Nersesoviç adlı müqavilə əsasında xidmət edən hərbçi 14 fevral 19:00-da ölümcül güllə yarası alıb.
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlayıb ki, əsgərin ölümünün təfərrüatlarını öyrənmək üçün istintaq aparılır.
Şərhlər