Xəbər lenti

Kremldən Türkiyə hərbçilərinin ölümünə qəribə reaksiya
Dünya 17:48 28.02.2020

Kremldən Türkiyə hərbçilərinin ölümünə qəribə reaksiya

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 33 türk əsgərin öldürülməsinə münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, o, Rusiyanın Suriya-Türkiyə sərhədi boyunca Türkiyə Cümhuriyyətinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri gördüyünü deyib. Peskov həqiqi təhlükəsizlik dərinliyinin Türkiyə-Suriya Adan razılaşmasında göstərilən 5 kilometri aşdığını və de-fakto 30 km-dən xeyli artıq olduğunu vurğulayıb. Peskovun sözlərinə görə, bütün bunlar Rusiya tərəfinin səyləri sayəsində mümkün olub.

Peskov Türkiyə ilə Rusiyanın türk hərbçilərinin İdlibdəki müşahidə postlarını təchiz edəcəyinə dair razılığını da xatırladıb. 

"Bu postlarda bir dənə də olsun türk əsgəri nəinki yaralanmayıb, heç təhlükə altında da qalmayıb", - deyən Peskov türk hərbçilərinin faciəli ölümlərinin yaraqlıların hücum əməliyyatlarının keçirildiyi yerlərdə baş verdiyini bildirib. Peskov həmçinin qeyd edib ki, bu terror qruplaşmaları arasında keçmiş SSRİ vətəndaşları da daxil olmaqla çox sayda xarici muzdlu var.

"Dəfələrlə müraciətlərimizə baxmayaraq, Türkiyə tərəfi orada türk ordusunun olması barədə məlumat vermədi", - Peskov əlavə edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->