Azərbaycanda daha 104 nəfər koronavirus infeksiyasına yoluxub.
Qaynarinfo xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 926 nəfərə çatıb.
İnfeksiyadan daha bir nəfər dünyasını dəyişib. Bununla da Azərbaycanda koronavirusdan dünyasını dəyişənlərin sayı 9-a yüksəlib.
Son 24 saatda infeksiyaya yoluxmuş 38 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Beləliklə, Azərbycanda koronavirusdan sağalanların sayı 101 nəfərə çatıb.
Hazırda 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 57371 test aparılıb.
Şərhlər