İdman 20:12 16.04.2021

Millimizin qapıçısı zədələndi

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev ağır zədə alıb.

Qaynarinfo xəbər verir ki, 27 yaşlı qolkiper rəqib hücumçu Amil Yunanovla toqquşub. Forvardın ayağı Məhəmmədəliyevin başına dəyib.

Başı yarılan qapıçı görüşə davam ede bilməyib. Onun yerinə 30-cu dəqiqədə Emil Balayev daxil olub.

Əsəblərini cilovlaya bilməyən qolkiper birbaşa paltardəyişmə otağına yollanıb.