Xəbər lenti

Ölkə 18:41 13.10.2021

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapıldı

Vətən müharibəsində itkin düşən və axtarışları davam edən 7 hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

Bu barədə APA-ya onun qardaşı Vüqar Əliyev məlumat verib. O, bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.

Qeyd edək ki, şəhid hərbi qulluqçumuz Vətən müharibəsi zamanı oktyabrın 6-da Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?