Siyasət 21.01.2022

Azərbaycan daha bir ölkə ilə viza rejimini ləğv edir

Azərbaycanla Serbiya arasında viza tələbi aradan qaldırır.

Qaynarinfo xəbər verir ki, bu, "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, sənəd bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin toplantısında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?