Xəbər lenti

Son sutkanın yoluxma statistikası
Ölkə 15:34 11.03.2022

Son sutkanın yoluxma statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 583 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 790 378 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 778 543 nəfər müalicə olunaraq sağalıb, 9 589 nəfər vəfat edib, aktiv xəstə sayı 2 246 nəfərdir.

Ölkədə son sutka ərzində 5 161, hazırkı dövrədək isə 6 622 919 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 22 315 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1149, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1796, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 18 178, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1192 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 224 872, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 312 204, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 800 732, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 894 880, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 217 056 təşkil edir.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->