Xəbər lenti

22 şirkət Qələbəyə Dəstək Hərəkatı yaratdı
Ölkə 14:33 01.10.2020

22 şirkət Qələbəyə Dəstək Hərəkatı yaratdı

22 şirkətdən ibarət Qələbəyə Dəstək Hərəkatı adlı təşəbbüs qrupu yaradılıb.


Bu haqda Qaynarinfo-ya Təşəbbüs Qrupunun üzvü, "Hədəf” Şirkətlər qrupunun təsisçisi Şamil Sadıq məlumat verib. Hərəkat bununla bağlı bəyanat imzalayıb.

Şamil Sadiq bildirib ki, təşəbbüs qrupu Azərbaycan Respublikası prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin əmri ilə işğal olunmuş Azərbaycan torpaqlarını Ermənistanın işğalçı qoşunlarından təmizləmək üçün başladılan əks hücum əməliyyatlarını həyata keçirən Azərbaycan Ordusuna dəstək məqsədilə yaradılıb:


"Təşəbbüs qrupuna qoşulan iş adamları bununla dövlətimizin, Ali Baş Komandanın yanında olduğunu bildirir, dövlətin hər bir çağırışına, istər maddi, istərsə də mənəvi olaraq operativ dəstək verməyi, iş adamları arasında vətənpərvərlik ruhunun yüksəldilməsi maarifləndirici işlərin aparılmasını qarşısına məqsəd qoyub. Hazırda xeyli iş adamı var ki, könüllü olaraq hər biri ayrılıqda öz öhdəsinə düşən işi görür, dövlətimizin, ordumuzun yanında olduğunu, Silahlı Qüvvələrə Yardım Fonduna vəsaitlər ödəyir. Lakin biz düşünürük ki, bunu təşklatlanmış formada, sistemli şəkildə koordinasiya etmək, ürəyindən keçib, dəstəyin necə ediləcəyinin yolunu bilməyən həmkarlarımızla birgə hərəkət etmək, bir əl, bir ürəklə müəyyən fəaliyyətlər həyata keçirməkdir arzumuz”.

 



Hərakatın ictimai təşəbbüs qrupunun üzvü, "Behrud İnşaat” şirkətinin təsisçisi İlham Alməmmədov qeyd edib ki, bu bir könüllü qrupdur:


"Heç bir siyasi, iqtisadi maraq güdməyən, eyni arzularla yaşayan, vətən sevdalı iş adamları birlikdə hərəkət edərsə, dövlətimizə daha çox faydalı olarıq. Biz, dost 22 şirkət rəhbəri qarşımıza məqsəd qoymuşuq ki, torpaqlarımız işğaldan tam azad olana, yenidənqurma işləri bitənə qədər, cani-dildən dövlətimizlə bir yerdəyik. Fəaliyyətimiz indilik bu cür planlaşdırılıb:


- İş adamlarının Ordumuza edəcək maddi yardım və ianələrini rahat şəkildə çatdırmaları üçün bütün texniki, hüquqi problemləri həll etmək, düzgün istiqamətə yönləndirmək,


- Silahlı Qüvvələrə Yardım fondunun təbliğat-təşviqat işində aktiv iştirak etmək,


- Yaralılar və şəhid ailələrinə lazımı dəstəyi koordinasiya etmək,


- Könüllü şəkildə ordu sıralarına qoşulan gənclərin ailələrinə dəstək, onları stimullaşdırmaq, xüsusən də iş yeri olmadan ordu sıralarına qoşulan könüllülərin ailələrinə aylıq müəyən maliyyə yardımı etmək,


- Gənc iş adamları arasında vətənpərvərlik və xeyriyyəçilik ruhunu formalaşdırmaq və istiqamətləndirmək adına maarifləndirmə işlərini aparmaq,


- Sərhədyanı bölgələrdə, geri alınan torpaqların yenidənqruma işlərində yaxından iştirak etməkdir.


Qeyd edək ki, təşəbbüs qrupu onlarla birgə fəaliyyət göstərmək istəyən iş adamları üçün açıqdır: "Ümid edirik, birgə fəaliyyətimiz Cənab Prezidentin qeyd etdiyi kimi, "Biz birlikdə güclüyük” ifadəsinin əməli nümunəsi olacaq. İş adamlarının Qələbəyə Dəstək Hərakatı ictimai təşəbbüs qrupunun Feysbukda qrupu və səhifəsi yardılıb. Səhifənin yaradılmasında məqsəd mütəmadi olaraq Qələbəyə Dəstək Hərakatının bütün fəaliyyətilə ictimaiyyəti məlumatlandırmaqdır”.

Təşəbbüs qrupuna qoşulan ilkin şirkətlər aşağıdakılardır:


1. Behrud İnşaat MMC

2. Hədəf Şirkətlər Qrupu MMC

3. Halal-P MMC

4. Prime TV MMC

5. Medika Hospital MMC

6. UKASMEN MMC

7. ABBAo MMC

8. Starlab klinikası MMC

9. Əlincə İdman Klubu MMC

10. RR şirkətlər qrupu MMC

11. İnci şirkətlər qrupu MMC

12. SinKOD MMC

13. HORECA MMC

14. Simit Sarayı MMC

15. Etna group MMC

16."Çaşıoğlu" Elmi istehsalat birliyi MMC

17."B2B group" MMC

18. Star Sports trikotaj MMC

19. SHOKET Soyutma sistemleri MMC

20. GLOCAL MMC

21. Biləv İnşaat MMC

22. RERAPIER MMC

23. Oqtay Məmmədov


Təşəbbüs qrupunun əlaqələndirici koordinatoru tarix üzrə fəlsəfə doktoru Elvin Əliyevdir.


Qeyd edək ki, Qələbyə Dəstək Hərəkatı iş adamlarının ictimai təşəbbüs qrupudur.

"Facebook" səhifəsi: https://www.facebook.com/qelebeyedestek]https://www.facebook.com/qelebeyedestek

"Facebook" bağlı qrupu: https://www.facebook.com/groups/273583820753368/

Telefon: +994 552242070


Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->