Xəbər lenti

Hindistanda qəzaya uğrayan təyyarədə olan 242 nəfərin hamısı həlak olub (YENİLƏNİB/VİDEO)
Video 15:38 12.06.2025

Hindistanda qəzaya uğrayan təyyarədə olan 242 nəfərin hamısı həlak olub (YENİLƏNİB/VİDEO)

"Boeing" təyyarəsinin Hindistanda qəzaya uğraması nəticəsində təyyarədə olan 242 nəfərin hamısı həlak olub

Qaynarinfo xəbər verir ki, bu barədə "News18” telekanalı məlumat yayıb.

14.36
 
Hindistanda "Air India” aviaşirkətinə məxsus "Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "News18” telekanalı məlumat yayıb.

Xarici KİV-in məlumatına görə, yerli polis təyyarənin həkimlər üçün yataqxana binasının üzərinə düşdüyünü bildirib.

14.07
 
Hindistanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 40-a çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "News18” telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarənin göyərtəsində 169 Hindistan, 53 Böyük Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olub.

13.36
 
Hindistanın Əhmədabad hava limanı yaxınlığındakı yaşayış məntəqəsində sərnişin təyyarəsi qəzaya uğrayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan təyyarə "Air India” aviaşirkətinə məxsusdur.

Hadisə yerindən çəkilmiş videogörüntülərdə yerdən qatı tüstünün qalxdığı görünür. Çoxlu sayda təcili yardım maşını hadisə yerinə gəlib. Polis həmin ərazidə nəqliyyatın hərəkətini tam məhdudlaşdırıb.

"News18” telekanalının məlumatına görə, qəzaya uğrayan təyyarə göyərtəsində təxminən 250 sərnişinin olduğu "Boeing 787-8 Dreamliner” təyyarəsidir. Hadisənin təyyarə Londona uçarkən baş verdiyi ehtimal olunur.

12.56
 
Hindistanın Əhmədabad hava limanı yaxınlığındakı yaşayış məntəqəsində sərnişin təyyarəsi qəzaya uğrayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Hadisə yerindən çəkilmiş videogörüntülərdə yerdən qatı tüstünün qalxdığı görünür.

Təyyarədə 130 sərnişin olub.

Rəsmilər hələlik təyyarənin tipi ilə bağlı təfərrüatları açıqlamayıb.

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->