Xəbər lenti

Tramp İsrailin İrana hücumundan əvvəlcədən xəbərdar olub
Dünya09:06 13.06.2025

Tramp İsrailin İrana hücumundan əvvəlcədən xəbərdar olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerika prezidenti Donald Tramp İsrailin İrana zərbə endirmək planlarını əvvəlcədən bildiyini, lakin ABŞ-ın əməliyyatda iştirak etmədiyini vurğulayıb.
"Report” xəbər verir ki, "Fox News” telekanalının jurnalisti Cennifer Griff Ağ Ev rəhbərinin sözlərindən sitat gətirib.
Onun sözlərinə görə, Vaşinqton ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yüksək hazırlıq vəziyyətində olması ilə Tehranın cavab tədbiri görüb-görməyəcəyini gözləyir.
Tramp deyib ki, İran cavab verərsə, ABŞ özünü və İsraili müdafiə edəcək.
"Biz İranın nüvə bombasına sahib olmasına icazə verə bilmərik və ümid edirik ki, danışıqlar masasına qayıdacağıq. Baxacağıq”.