İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Azagropro and Export Co.” Məhdud Məsuliyyətli Cəmiyyətini dövlət qeydiyyatına alıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, yeni təsis edilən şirkətin qanuni təmsilçisi Nəcəfquliyev Elxan Nadim oğludur.
100 manat nizamnamə kapitalı ilə yaradılan MMC paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 23, mənzil 31 ünvanında yerləşir.
Xatırladaq ki, Elxan Nəcəfquliyev 2016-cı ildə bağlanmış "Texnikabank” ASC-nin törəmə müəssisəsi olan "Texnikalizinq” MMC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Şərhlər