Xəbər lenti

İran İsrail və ABŞ-ın hücuma görə
Dünya 10:26 13.06.2025

İran İsrail və ABŞ-ın hücuma görə "yüksək əvəz ödəyəcəyini" bildirdi

İran Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Abolfazl Şekarçi Tehranın İsrailin hücumlarına cavab verəcəyini və ABŞ-ın da Vaşinqtonun özünü bu işdə günahsız göstərməsinə baxmayaraq "yüksək əvəz ödəyəcəyini” bildirib.

Qaynarinfo bu barədə İran dövlət mediası IRNA-ya deyib.

"İran İslam Respublikası mütləq cavab verəcək və düşmən ağır qiymət ödəyəcək”, - Şekarçi deyib.

"Onlara güclü zərbə vurulacaq”, — Şekarçi vəd edib.

Onun sözlərinə görə, İsrailin zərbələri yaşayış məntəqələrinə də dəyib və İran Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir.

IRNA həmçinin bildirir ki, şahidlər və İran dövlət televiziyasının müxbirləri qadınlar və uşaqların cəsədlərini görüb.

İsrail iyunun 13-nə keçən gecə İranın paytaxtı Tehran və onun ətrafı ilə yanaşı ölkənin digər şəhərlərinə zərbələr endirib. İsrail bu hücumu önləyici adlandıraraq İranın nüvə proqramını zəiflətmək və hərbi obyektlərinə zərbə vurmaq məqsədi ilə həyata keçirdiyini bildirib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->