Xəbər lenti

36-cı dəfə baş məşqçi postundan qovuldu
İdman 22:30 03.02.2019

36-cı dəfə baş məşqçi postundan qovuldu

Türkiyənin "Adana Dəmirspor" klubu baş məşqçisi Yılmaz Vuralla yollarını ayırıb.

Qaynarinfo xəbər verir ki, Adana təmsilçisi 1-ci liqanın XX turunda doğma meydanda "Qazişəhər"ə 3:2 hesabı ilə qalib gəlib. Buna baxmayaraq, rəhbərlik baş məşqçini istefaya göndərib. 

Klub prezidenti Murat Sancaq bildirib ki, komandanın Super Liqaya vəsiqə verən yerlərdən uzaqlaşması səbəbindən belə addım atıblar: "Çox istəyərdik ki, Türkiyənin ən önəmli futbol adamlarından biri olan Yılmaz Vuralla hədəflərimizə çataq. Uğur qazanmaq istədik, amma təəssüf ki, olmadı. Bu səbəbdən baş məşqçimizlə yollarımızı ayırdıq".

2015/16 mövsümündə də "Adana Dəmirspor"a başçılıq edən Yılmaz Vural komandanı pley-off mərhələsinə çıxarsa da, "Alanyaspor"la final matçında uduzaraq Super Liqaya vəsiqə qazana bilməmişdi. Hazırda isə komanda 30 xalla 9-cu pillədə qərarlaşıb və pley-off zonasından (6-cı pillə) 5 xal geri qalır.

Qeyd edək ki, Yılmaz Vural 1986-cı ildən indiyədək 28 müxtəlif klubda 36 dəfə baş məşqçi olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->