Azərbaycandan idxal edilən pomidor məhsulunun ölkəyə geri qaytarılması ilə bağlı Rusiyanın aidiyyəti qurumu tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) hər hansı rəsmi məlumat daxil olmayıb.
Bu bardə "Qafqazinfo”ya məlumatı AQTA-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva verib. O bildirib ki, hazırda Agentliyin əməkdaşları tərəfindən məsələ nəzarətə götürülüb və həqiqətə uyğun olub olmadığı araşdırılır. Fakt öz təsdiqini taparsa, Agentlik tərəfindən aidiyyəti tədbirlər görüləcək və bununla bağlı ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikası və Stavropol Vilayəti üzrə İdarəsi baxış zamanı məhsulda Cənubi Amerika tomat güvəsi aşkar etdiyi üçün 36,5 ton Azərbaycan pomidorunu geri göndərib.
Şərhlər