Xaçmaz şəhərində yaşayan 5-ci sinif şagirdi Qismət Ağayev hər kəsi fitri istedadı ilə təəccübləndirir.
ARB Günəş-in "Xəbərdar ol" proqramı qeyri-adi istedada malik olan məktəblini təqdim edir.
Belə ki, o cəmi 12 saniyəyə kubik-rubiki yığmağı bacarır. Ən çətin kubik-rubik növlərini isə bir neçə dəqiqəyə yığmağa nail olur. Maraqlısı odur ki, Qismət kubik-rubiki gözübağlı da yığa bilir.
Nəticələrini daha da yaxşılaşdırmaq üçün hər gün məşq edir.
Şərhlər