Xəbər lenti

57 yaşlı əməkdar artist maşın almaq üçün sponsor axtarır
Maqazin 15:25 16.10.2018

57 yaşlı əməkdar artist maşın almaq üçün sponsor axtarır

Əməkdar artist Nahidə Orucova sponsor axtarır. 

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, bu haqda aktrisa "Hər şey daxil" proqramında deyib. Aparıcı-prodüser Tarix Əliyev (Tolik) Orucovanın avtomobilini dəyişmək üçün kömək istədiyini söyləyib:

"Nahidə xanım, avtomobilini dəyişmək istəyir. Deyir ki, imkanım yoxdur, sponsor axtarıram. Bunu zarafatla demirəm, özü də təsdiqləyə bilər. Bəlkə kimsə və ya hansısa şirkət kömək etmək istəyər".

57 yaşlı aktrisa özü də Tolikin sözlərini təsdiqləyib: 

"Aktyorların maaşı imkan vermir buna. 10 il əvvəl güc-bəla ilə maşın aldım. İndi dəyişməyə ehtiyacım var. Arada vurmuşam, bəzi yerlərdə nasazlığı var. İmkanım da yoxdur yenisini almağa".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->