İdman 12:15 18.07.2019

85.5 milyon avroluq transfer rəsmən açıqlandı

"Ayaks"ın kapitanı Mattis de Liqtin "Yuventus"a keçidi rəsmiləşib.

Qaynarinfo Turin klubunun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. 

"Yuventus" bu transfer üçün "Ayaks"a 75 milyon avro ödəyəcəyini açıqlayıb. Turin klubu həmçinin 10.5 milyon avro bonus ödəyəcək.

Qeyd edək ki, de Liqt ötən mövsüm 55 rəsmi oyuna çıxaraq 7 qol vurub və 4 məhsuldar ötürmə edib.