Xəbər lenti

ABŞ
Dünya 16:16 21.09.2024

ABŞ "Minuteman III" qitələrarası ballistik raketinin buraxılışını simulyasiya etdi

ABŞ Hərbi Hava Qüvvələri "Minuteman III" qitələrarası ballistik raketinin (ICBM) buraxılışını simulyasiya edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Nebraska ştatındakı Offutt Hərbi Hava Qüvvələri Bazasının saytında bildirilir.

Dərc edilmiş məlumatlara görə, elektron sınaq buraxılışı üç gün əvvəl, sentyabrın 17-də baş tutub. Qeyd edilir ki, bu cür sınaqlar ildə iki dəfə təşkil olunur, bu müddət ərzində ballistik raketin real buraxılışı həyata keçirilmir. Testlər bir gecədə təşkil edilmir və onlar illərlə əvvəlcədən planlaşdırılır.

"Nüvə qüvvələrimizin dayanıqlığının və qabiliyyətinin təmin edilməsi təkcə ABŞ vətəndaşlarına gecələr rahat yatmağa imkan vermir, həm də qlobal sabitliyi təmin edir ki, bu da iqtisadi rifahı təşviq edir", deyə 625-ci Eskadronun Əməliyyatlar Direktorunun köməkçisi Raun Karnli sınaqla bağlı bildirib.

O əlavə edib ki, sınaqlar həm də Vaşinqtonun müttəfiqlərinə və düşmənlərinə mesaj verir.

İyunun 4 və 6-da ABŞ Kaliforniya ştatında döyüş başlığı olmayan "Minuteman III" ICBM-lərin əvvəlcədən elan edilmiş təlim buraxılışlarını həyata keçirib. ABŞ ordusu iddia edib ki, sınaqlar ölkənin ICBM arsenalının hazırlığını, etibarlılığını və effektivliyini nümayiş etdirir və onun "strateji rəqabət dövründə üstünlüyünü təmin edir.

12 min km məsafədə və 36 ton ağırlığında olan "Minuteman III" ABŞ strateji nüvə qüvvələrinin silos əsaslı yeganə ICBM-dir. Hazırda ABŞ-da hər biri üç nüvə başlığı daşıya bilən 400 belə raket var.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->