Xəbər lenti

"Kəpəz"in ardıcıl 7 məğlubiyyəti son 20 ildə ilk oldu
İdman11:00 21.09.2024

"Kəpəz"in ardıcıl 7 məğlubiyyəti son 20 ildə ilk oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Kəpəz” klubunun Misli  Premyer Liqasının 2024/2025 mövsümünə ardıcıl 7 məğlubiyyətlə başlaması son 20 ildə ilk olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Startda ardıcıl 7 məğlubiyyət alan sonuncu komanda "Şəfa” idi. Bakı klubu 2004/2005 mövsümündə bu qədər görüşdə xal qazanmayıb.
Azərbaycan çempionatları tarixində ümumilikdə 6-cı dəfə bir komanda mövsümün ilk 7 oyununu xalsız başa vurub. "Şəfa” və "Kəpəz”dən əvvəl Kürdəmir "Şirvan”ı 1992, Sumqayıt "Xəzər”i 1994/1995, "Şəmkir” 1996/1997, Quba "Şahdağ”ı 2000/2001 mövsümümdə belə uğursuzluq yaşayıb.
Qeyd edək ki, "Kəpəz” yeddinci məğlubiyyətini "Şamaxı” ilə matçda alıb – 0:2.