Xəbər lenti

ATV iddiaları təkzib etdi
Ölkə 14:28 21.09.2024

ATV iddiaları təkzib etdi

"Post TV"nin direktoru olaraq təqdim edən Samir Feyruzov "Facebook" hesabında ATV-ni tənqdid edib.

Qaynarinfo xəbər verir ki, o, bir müddət əvvəl ATV telekanalına təklif olunan seriallardan birinin qəbul edilmədiyini bildirib. Buna səbəb kimi isə layihədə homoseksual obrazının olmamasını göstərib. Bildirib ki, həmin obraz seriala daxil edildikdən sonra layihə ekranlaşdırılıb.

ATV məsələ ilə bağlı açıqlama yayıb və iddiaları təkzib edib:

"Samir Feyruzovun heç bir fakt ortaya qoymadan, ATV-nin imicinə xələl gətirmək istəyi, telekanalın ünvanına şər-böhtan atması yol verilməzdir. Biz ATV telekanalı olaraq, həmin şəxsdən yazdığı postla bağlı faktları təqdim etməsini tələb edirik. Əks halda, bu yazının sifarişli yazı olması ehtimalı dəqiqləşəcək və biz ATV telekanlının imicinə xələl gətirməsi, həqiqəti əks etdirməyən məlumatları paylaşması və telekanalın ünvanına şər-böhtan atması, kanalı təhqir etməsi ilə bağlı məhkəməyə müraciət edəcəyik. Mətbuat Şurası, Media İnkişaf Agentliyi və Audiovizual şuradan məsələni diqqətdə saxlamağı və bu mövzunu araşdırmaqlarını xahiş edirik".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->