Xəbər lenti

“12-ci imam” müsadirədən narazıdır
Ölkə 15:05 21.09.2024

“12-ci imam” müsadirədən narazıdır

Dələduzluqda təqsirli bilinərək 11 il 9 ay müddətinə məhkum edilmiş, özünü "12-ci imam” kimi təqdim edən Aqil Babayev müsadirə edilmiş əmlakını geri istəyir.

"Qafqazinfo”nun məlumatına görə, onun yaxınları qərardan kassasiya şikayəti verib.

Məhkum Babayevin yaxınları hesab edir ki, müsadirə edilən əmlaklar Babayevin yox, onlarındır. Burada söhbət bir mənzil, qeyri-yaşayış sahəsi və "SantaFe” markalı minik avtomobilindən gedir. 

Onlar müsadirə edilmiş əmlaklarının özlərinə qaytarılmasını istəyirlər. Şikayətə Ali Məhkəmədə baxılacaq.  

Xatırladaq ki, "ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev özünü zühur etmiş "İmam Mehdi” kimi təqdim edərək vətəndaşlara qarşı 2.5 milyonluq dələduzluq edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi cəzanı 3 ay azaldıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->