Əməkdar artist Abbas Bağırov toya hazırlaşır.
Qaynar.info axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Star life” verilişinə açıqlamasında deyib.
O, məclisin mediaya qapalı olacağını deyib:
“Toy haqda geniş danışmaq istəmirəm. Şəxsi həyatımın, ailəmin içinin mediada işıqlandırılmasını sevmirəm. Mənim mülküm, avtomobilim gündəmə gəlməz. Könül Kərimova toyla bağlı hər şeyi bilir. Ona etibar edirəm deyə, açıqlamışam. Qeyri-adi bir toy olacaq. Məclisdən müəyyən görüntüləri efirlərə təqdim edəcəm ki, xəbərləri olsun”.
Qeyd edək ki, bu, müğənninin ikinci evliliyi olacaq.
Qaynar.info
Şərhlər