İdman 12:31 02.08.2021

Abbasov 1/8 finalda kubalı güləşçiyə rəqib oldu

Sabahdan Olimpiadada güləş yarışlarında daha 3 çəki üzrə mübarizəyə start veriləcək.

Güləş Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib. 87 kq çəki dərəcəsində mübarizə aparacaq yunan-Roma güləşçimiz İslam Abbasov ilk mərhələdə kubalı Daniel Heçavarria ilə qarşılaşacaq. Həmyerlimiz bu görüşdə qalib gəlsə, 1/4 finalda Kiril Maskeviç (Belarus) - Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan güləşçiylə üz-üzə gələcək.

87 kq-ın görüşləri C xalçasında keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.

Səbuhi Həsənov