Xəbər lenti

Azərbaycan millisinin futbolçusu Rusiya klubundan ayrıla bilər
İdman 09:59 18.07.2025

Azərbaycan millisinin futbolçusu Rusiya klubundan ayrıla bilər

Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva "Zenit"dən ayrıla bilər.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, futbolçu ilə bir çox klublar maraqlansa da, o, Avropa klublarından təklif gözləyir.

Futbolçu Avropa klublarından təklif gələcəyi təqdirdə "Zenit"dən ayrılmaq istəyir.

Qeyd edək ki, Nigar Mirzəliyevanın "Zenit"lə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->