XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Payızın əsas dəb trendləri açıqlanıb: Xəz, dəri və qısa gödəkçələr (FOTO)
Foto08:15 18.09.2026

Payızın əsas dəb trendləri açıqlanıb: Xəz, dəri və qısa gödəkçələr (FOTO)

Məşhur stilist Vlad Lisovets 2026-cı ilin payızında üst geyimlərdə aktual olacaq əsas trendləri açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, Lisovets bildirib ki, üst geyim yalnız soyuqdan qorunmaq üçün deyil, həm də şəxsi üslubu nümayiş etdirmək baxımından mühüm elementdir. Onun sözlərinə görə, bu payızın ən diqqətçəkən trendlərindən biri xəz detalları olacaq. Xüsusilə yaxası və qolları xəzlə tamamlanan palto və gödəkçələr dəbdə olacaq. Stilist tünd xəzlə açıq rəngli materialın və əksinə, kontrast kombinasiyaların daha effektli göründüyünü qeyd edib.

Digər əsas trend isə dəri geyimlərdir. Klassik dəri gödəkçələr, uzunsov trençlər, bomberlər və uzun dəri paltolar payız kolleksiyalarında geniş yer alır. Qara ilə yanaşı, gavalı və tünd yaşıl kimi rənglər, həmçinin laklı, mat və piton teksturalı dəri modelləri də aktualdır.

Lisovets bel xəttini vurğulayan üst geyimlərin də yenidən ön plana çıxdığını bildirib. Onun fikrincə, bu tendensiya 1980-ci illərin estetikasının müasir yozumu kimi qiymətləndirilə bilər.

Bununla yanaşı, sadə və klassik kəsimli paltolar da mövqeyini qoruyur. Stilist belə modelləri daha ciddi və səliqəli görünüş yaratmaq istəyənlər üçün uyğun seçim kimi təqdim edib.

Qısa üst geyimlər, o cümlədən bomberlər, iş geyimi üslubunda gödəkçələr, qısa trençlər və dənizçi gödəkçələri də payız mövsümünün trendləri sırasındadır. Bu modellərin gündəlik geyimlərdə və çoxqatlı obrazlarda istifadəsinin rahat olduğu vurğulanıb.

Stilist son olaraq diqqətçəkən rəng, print və qeyri-adi detallara malik üst geyimlərə diqqət çəkməyi tövsiyə edib. O, belə modelləri alarkən onların nə qədər tez-tez istifadə ediləcəyini əvvəlcədən düşünməyin vacib olduğunu bildirib.

Aydın