Türkiyənin sabiq prezidenti Abdulla Gül 2023-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək.
Qaynarinfo xəbər verir ki, Türkiyə KİV-inin iddiasına görə, A.Gül qurulacaq yeni partiyadan üzv olacaq. Həmin partiyada ötən həftələrdə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verən ölkənin tanınmış siyasətçisi Əli Babacan da yer alacaq.
Abdulla Gül 2014-cü ildə prezidentlik dövrü bitəndən sonra AKP-ni tərk etmişdi.
Bildirilir ki, A.Gül hələ 2018-ci ildə keçirilən seçkilərdə müxalifətin namizədi olmaq istəyib, lakin İYİ Partiyasının rəhbəri Meral Akşener namizədliyini geri götürmədiyi üçün buna nail ola bilməyib.
Həmin dövrdə prezident sözçüsü İbrahim Kalın və Baş Qərargah rəisi Hulusi Akarın A.Gülün yaşadığı ərazinin həyətinə helikopterlə enməsi böyük səs-küyə səbəb olmuşdu.
Gülşən
Şərhlər