Artıq AZƏRTAC Abel Məhərrəmovun işdən azad olunması barədə prezident sərəncamını dərc edib.
Qaynarinfo xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Abel Məmmədəli oğlu Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin.
***15.45
Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Musavat.com yayıb. Bildirilir ki, prezident İlham Əliyev A. Məhərrəmovun işdən çıxarılması ilə bağlı sərəncam verib.
Şərhlər