Xəbər lenti

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi - Yeni təyinatlar
Siyasət 13:37 19.04.2021

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi - Yeni təyinatlar

Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Ramiz Həsənovun Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Anar Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğludur. 1978-ci il təvəllüdlü A.Məhərrov 22 yaşından Xarici İşlər Nazirliyində çalışır. O, 2016-cı ildən Azərbaycanın İspaniyadakı səfiri vəzifəsini tuturdu.
 
İlham Əliyev digər bər sərəncamla Zaur Rəşid oğlu Əhmədovu Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri, Eldar Nadir oğlu Səlimovu Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri, Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->