Nyu-Cersi ştatının Passaic şəhərində kimyəvi anbarda yanğın baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Üçmərtəbəli binada yanğın yerli vaxtla saat 20:30-da (Moskva vaxtı ilə 4:30) başlayıb.
Hələlik ölən və yaralananlar barədə heç bir məlumat verilmir.
Şəhərin meri Hektor Lora sakinlərdən evlərinin pəncərələrini bağlamağı və küçəyə çıxmamağı xahiş edib.
Xəyal
Şərhlər